Düzgün qidalanma prinsiplərinə riayət etmək orqanizmin xəstəliklərlə mübarizə aparmaq üçün immun sisteminin gücləndirilməsinə mühüm təsir göstərir. Bu səbəbdən gündəlik yemək proqramında balans və müxtəlifliyə riayət edərək, qida qrupları və onların əvəzedicilərindən istifadə etməklə, bədənin müdafiə sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün orqanizmə lazım olan enerji, zülal və mikroelementlər təmin edilməlidir.
Bir sıra tədqiqatlar orucun sağlamlıqda, xüsusən də qanda qlükoza səviyyəsi, qan yağları və qan təzyiqi, çəkiyə nəzarət və müxtəlif xəstəliklərin yaxşılaşdırılmasında təsirli rolunu göstərmişdir. Oruc tutmaq pis yemək vərdişləri, piylənmə və kökəlmə nəticəsində yaranan xəstəliklərin əksəriyyətində faydalıdır.
Qidalanma üzrə ekspert Zəhra Abdullahi İRNA-nın sağlamlıq sahəsi ürzə müxbirinə müsahibəsində deyib: “Yetkinlik yaşına çatmış və tam fiziki gücə malik olan yeniyetmələr, başqa sözlə, çəkisi və boyu yaşı ilə mütənasib olanlar dini vacibata uyğun olaraq aşağıdakı məqamlara əməl etməklə tam olaraq oruc tutmalıdırlar. Təbii ki, səhər yeməyində çox şəkərli və şirin qidalardan istifadə etməməlidirlər, çünki bu maddələrin istifadəsi qanda şəkərin aşağı düşməsinə səbəb olur və onların gün ərzində öyrənmə qabiliyyətini azaldır.”
Ekspert əlavə edib: “Yeniyetmələrin pəhrizinə yaxşı protein mənbələri (ət, balıq, yumurta və paxlalılar növləri) daxil edilməlidir. Bu insanlar kifayət qədər süd və süd məhsulları qəbul etməsindən (ən azı iki dəfə: səhər və iftarda) əmin olun.”
Abdullahi bildirib: “Qida mənbələrindən dəmir və sink, A vitamini və B12 vitamini, o cümlədən hər növ ət, paxlalı bitkilər, toyuq yumurtası, süd və süd məhsulları, inkişaf və qan əmələ gəlməsində rol oynayan hər cür quru meyvə və qoz-fındıqdan oruclu günlərində kifayət miqdarda istifadə edin.”
Sizin rəyiniz